ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin oktyabr müqaviləsinin dəyəri 1,48% azalaraq 1 barelə görə 65,85 ABŞ dolları təşkil edib.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin sentyabr ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 1,81% azalaraq 62,8 ABŞ dollarına bərabər olub.