ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin oktyabr müqaviləsinin dəyəri 0,14% artaraq 1 barelə görə 79,87 ABŞ dolları təşkil edib
FED.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin sentyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,21% artaraq 1 barelə görə 77,14 ABŞ dollarına yüksəlib.