Dünya əmtəə bazarlarında neft qiymətləri cüzi azalıb.
FED.az xəbər verir ki, dünya neft bazarında qiymətlər üzrə zəif eniş müşahidə olunub. Nyu-York əmtəə birjasında (NYMEX) WTI markalı xam neftin fevral fyuçerslərinin qiyməti 0,17% azalaraq 57,32 ABŞ dolları/barel səviyyəsində formalaşıb.
Londonun ICE birjasında Brent markalı xam neftin mart fyuçersləri isə 0,16% ucuzlaşaraq 60,75 ABŞ dolları/barel olub.










