Qarşıdakı 2 il ərzində dünyanın neft bazarına yeni oyunçuların daxil olması, yəni neft satan ölkələrin sayının artması gözlənilir.
FED.az xəbər verir ki, bu barədə Rusiyanın Energetika və Maliyyə İnstitutunun baş energetika direktoru Aleksey Qromov bildirib.
2024-2025-ci illərdə neft bazarının inkişaf perspektivləri barədə proqnozları açıqlayan Qromov hesab edir ki, 2024-cü ilin ikinci yarısında bir sıra ölkələrdə əlavə neft hasilatı bazara təsir göstərməyə başlayacaq. Xüsusilə, Qayana və Braziliya dəniz yataqlarını aktiv şəkildə işlədirlər, bunun sayəsində onların ixracı 2025-2026-cı illərdə arta bilər.
Bundan əlavə, ekspertin fikrincə, İran və Venesuelaya qarşı sanksiyaların məhdudlaşdırılması yumşaldılacağı təqdirdə onlar bazara qayıda bilər. Bu da istər-istəməz bazarın vəziyyətinə təsir edəcək.
Ekspert bildirib ki, OPEC+ bazar balanslaşdırıcısı kimi gələcəkdə də mühüm rol oynamağa davam edəcək, amma qlobal transformasiyalar şəraitində neftin qiymətlərinin dinamikasını proqnozlaşdırmaq çətin olaraq qalır.