Dünya birjalarında neft bahalaşıb. FED.az xəbər verir ki, dekabrın 31-də keçirilən hərraclarda Londonda «Brent» nefti 0,59 dollar və ya 1,11% bahalaşaraq 53,80 dollar olub.
ABŞ birjalarında isə WTI markalı neftin qiyməti 0,08 dollar və ya 0,18%bahalaşaraq 45,41 dollara çatıb.
Azərbaycan neftinə gəlincə, 2018-ci ilin son həftəsində, yəni 24-28 dekabr tarixlərində «Azeri Light» markalı neftin orta qiyməti 54,3 dollar təşkil edib. Bu əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 3,74 dollar aşağıdır. Həmin dövrdə «Azeri Light»ın ən yüksək qiyməti 55,04 dollar, ən aşağı qiyməti 53,56 dollar təşkil edib.
Xatırladaq ki, yanvarın 1-dən qüvvəyə minmiş 2019-cu ilin dövlət büdcəsində neftin qiyməti 60 dollar nəzərdə tutulub.