Bu il neftin orta illik qiyməti 65 dollar/barel təşkil edəcək.
FED.az xəbər verir ki, bu barədə Dünya Bankının “Əmtəə Bazarları proqnozu”nda qeyd olunub.
Bankın analitiklərinin proqnozlarına görə, bu il neft, qaz və kömürün qiyməti 20% artacaq.
Dünya Bankı gələn il də neftin orta qiymətinin 65 dollar/barel olacağını proqnozlaşdırır.
2017-ci ildə neftin orta illik qiyməti 53 dollar/barel təşkil edib.
Eləcə də bax: Azərbaycan "Euro 5"standartına uyğun benzin ixrac edəcək