Dövlət Neft Fondu Azərbaycanda Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiyanın (Strategiya) ləğv olunması ilə bağlı açıqlama yıyıb. FED.az xəbər verir ki, Fondun aəıqlamasında deyilir:
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 29 iyun 2018-ci iltarixli Qanunu (Qanun) ilə yeni Büdcə qaydası (Büdcə qaydası) təsdiq edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 18 dekabr2018-ci il tarixli Fərmanı ilə Büdcə qaydasına (Büdcə qaydası) uyğun icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması Qaydası”təsdiqedilmişdir ki, cari ildən etibarən icmal büdcə xərcləri, o cümlədən xərclənə bilən neft gəlirlərinin yuxarı həddi məhz yuxarıda qeyd edilən normativsənədlər əsasında müəyyən edilir.
Yeni Büdcə qaydasının tətbiqi eyni zamanda mövcud olan normativ hüquqi aktların bu qaydaya uyğunlaşdırılması zərurəti yaradır. Bununla əlaqədarAzərbaycan Respublikası Prezidentinin 18 dekabr 2018-ci il tarixli Fərmanının 2.1-ci bəndi ilə Azərbaycan Respublikası Prezidentinin aktlarının buFərmana uyğunlaşdırılması tapşırığı verilmişdir.
Büdcə qaydasına əsasən icmal büdcə xərclərinin proqnozlaşdırılan yuxarı həddi ölkənin xalis maliyyə aktivlərinə əsasən müəyyən edilir ki, bu sənədAzərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2004-cü il tarixli 128 saylı Fərmanı ilə təsdiq edilmiş Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiyanı (Strategiya) tamamilə əvəzləyir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu iltarixli Fərmanı ilə Strategiyanın təsdiqinə dair Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2004-cü il tarixli 128 saylı Fərmanı ləğvedilmişdir.