İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi ilə birgə qaz təsərrüfatı sahəsində tikinti-quraşdırma işlərini həyata keçirən podratçı şirkətlərin nümayəndələri ilə görüş keçirib.
FED.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, görüşün keçirilməsində əsas məqsəd podratçı şirkətlərin işlərinə kənar müdaxilə hallarının qarşısının alınması, şəffaflığın təmin olunması və onları narahat edən məsələlərin müzakirəsi olub.
Görüşdə podratçı şirkətlərin nümayəndələrinin üzləşdiyi çətinliklər dinlənilib, onların həlli istiqamətində fikir mübadiləsi aparılıb və müvafiq təkliflər verilib.