Bakı şəhərində və ölkənin rayonlarında yaşayış evlərinin və binalarının, təhsil, səhiyyə müəssisələrinin və digər sosial təyinatlı obyektlərin istilik təchizatını təmin edən «Azəristiliktəchizat» ASC 2021-ci ildəki fəaliyyətin nəticəsi olaraq yaranmış zərəri gizlətməyə çalışıb.
Eləcə də bax: İlham Mirzəliyev: "İstilik tariflərini artırmaq olar, əhali buna razıdır"
FED.az xəbər verirki, şirkət ictimaiyyətə açıqladığı yarımçıq hesabatda gəlir, xərc və mənfəət zərər hissələrini əks etdirən hissəni açıqlamayıb.
Bununla yanaşı, şirkətin aktivləri, öhdəlik və kapitalı ilə bağlı rəqəmlər «Azəristiliktəchizat» ASC-nin növbəti ili də zərərlə başa vurduğunu göstərir.
Belə ki, 2021-ci ildə «Azəristiliktəchizat» ASC-nin cəmi aktivləri təqribən 2 milyon manat artaraq 187,6 milyon manatdan 189.6 milyon manata yüksəlib. Aktivlərin artımı qurumun debitor (yəni alacağı) borcları və nağd vəsaitlər hesabına təmin edilib. Əvəzində 2020-ci illə müqayisədə 2021-ci ildə «Azəristiliktəchizat» ASC-nin əsas vəsaitləri azalaraqa 153 milyondan 150 milyon manata enib.
Şirkətin kapitalında isə azalma var, hesabatdan aydın olur ki, ASC ili zərərlə tamamlayıb. Belə ki, Cəmiyyətin nizamnamə kapitalı dəyişməyib – 136 milyon 685 min manat olaraq qalıb.
Əvəzində 2021-ci ilin sonunda «Azəristiliktəchizat» ASC-in cəmi kapitalı 2020-ci illə müqayisədə 9,5 milyon manat yaxın azalaraq 140 milyon manatdan 130 milyon manata enib.
Bu da ödənilməmiş zərərin artımı ilə bağlıdır. Belə kİ, 2020-ci ildin sonunda cəmiyyətin yığılmış zərəri 88,5 milyon manat idisə, 2021-ci ilin sonunda 98,9 milyon manata yüksəlib. Bu da zərərin təqribi məbləğinin 11,4 milyon manat olduğunu göstərir.
Cəmiyyətin öhdəliklərinin həcmi demək olar ki, dəyişməyib – 2021-ci ildə cüzi artaraq 36,7 milyon manatdan 37 milyon manata qalxıb.