Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 yanvar tarixli 2446 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
FED.az xəbər verir ki, Sərəncama əsasən, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 yanvar tarixli 2446 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 1, maddə 62; 2022, № 2, maddə 141) birinci hissəsinə “Azər Bayramov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini” sözlərindən sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilib:
Anar Axundov – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müşaviri”.