“Bank of New York Mellon” Qazaxıstan Milli Fondunun 22 milyard dollar məbləğində aktivlərini dondurub.
FED.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Samir Əliyev bildirib.
“Səbəb moldav biznesmen Anatoliy Stati və onun şirkətinin Qazaxıstan hökumətinə qaldırdığı məhkəmə iddiasıdır. Dondurulan vəsait Fondun aktivlərinin 40%-nə bərabərdir. Belə məhkəmə iddiası sabah nəzəri olaraq istənilən ölkəyə, o cümlədən Azərbaycana qarşı irəli sürülə bilər. Deməli, çoxlu pulun olması heç də ondan istənilən vaxt istifadə edə bilmək hüququnu vermir. Ümid edək ölkə iqtisadiyyatının təhlükəsizlik yastığı olan Dövlət Neft Fondu belə risklərlə üzləşməyəcək”, - deyə o, qeyd edib.