Dünya bazarında neftin qiymətinin sürətli artımı davam edir.
FED.az xəbər verir ki, Avropada Brent neftinin qiyməti 94,75 dolları keçib, ABŞ-da isə WTI markalı neft 91,04 dollara satılır.
2007-ci ildən bəri ən böyük neft qıtlığı gözlənilir – «Bloomberg»dən xəbərdarlıq
Azərbaycanın Azeri Light markalı nefti də sürətlə bahalaşmaqdadır.
FED.az xəbər verir ki, sentyabrın 18-də Azərbaycan nefti 1 dollardan çox bahalaşaraq 101,61 dollara yüksəlib. Bu 2022-ci ilin noyabrından bəri, yəni son 10 ayda ən yüksək qiymətdir.
Xatırladaq ki, 2023-cü ilin dövlət büdcəsində neftin qiyməti əvvəlcə 50 dollar, daha sonra düzəliş edilərək 60 dollardan götürülüb.
Nəticədə hazırda dünya bazarında neftin qiyməti büdcədəyi qiyməti 41 dollar üstələyir.
Neft bazarında yaranan vəziyyəti nəzərə aldıqda – bahalaşmanın bir müddət də davam edəcəyi gözlənilir.