FED.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə İraqın cənubundakı Bəsrə Neft Şirkətinin baş direktoru İhsan Abdulcabbar deyib.
Onun sözlərinə görə, şirkət bununla bağlı “ExxonMobil”lə razılığa gəlib və ABŞ şirkəti öz işçilərini bazar günü İraqa geri qaytaracaq.
Qeyd edək ki, “ExxonMobil” ABŞ–İran böhranını əsas gətirərək mayın 18-dən İraqdakı neft yatağında çalışan işçilərini evakuasiya etmişdi.
“ExxonMobil” “Qurna” neft yatağında çalışan işçilərini Dubaya göndərmişdi.
Deyəsən müharibə olmayacaq - “ExxonMobil” işçilərini İraqa - GERİ QAYTARIR
11:28
1 İyun 2019