“Pərviz Şahbazovun sözü ilə razı deyiləm ki, “Elektroenergetika haqqında” qanun layihəsinin qəbulundan sonra qiymət artımı olmayacaq. Xeyr, çox ciddi qiymət artımı olacaq”.
Nazir: “Elektroenergetika haqqında” yeni qanunun qəbulu qiymətlərin artması anlamına gəlməməlidir"
FED.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında çıxışı zamanı deputat Vahid Əhmədov deyib.
“Bu qanun sosial, siyasi qanundur. Burada 3 mərhələ nəzərdə (2025, 2025-2028, 2028-ci ildən sonra) tutulur. Birinci, 2025-ə qədər iki seçki nəzərdə tutulur - Parlament və Prezident seçkiləri. Belə bir qanun layihəsi ilə seçkilərə getmək mənfi amillərə səbəb ola bilər. Ona görə də təklif etdik ki, bu mərhələləri dəyişmək lazımdır. Qanunun 2025-ci ildən sonra deyil, 2027-2028-ci ildən tətbiqinə başlayaq. Dedik ki, gəlin pilot layihələr keçirək, rentabelliyini görək. Kim deyirsə, bu tariflərə təsir etməyəcək, mümkün olan şey deyil. Şirkət investisiya qoyursa, orada qiymət dəyişikliyi olacaq. Gəlin, bu qanun layihəsini işləyək. Bunu 3-cü oxunuşa çıxarmaq olmaz. Siz bizə sürpriz hazırlamayın. Saxlayın bu qanun layihəsini, bizim sürprizə ehtiyacımız yoxdur”, - deyə deputat əlavə edib. (Apa)