Enerji keçidinin əsas çağırışları - tənzimləmə və maliyyədir
Azərbaycanda 200 milyon dollarlıq yeni layihə - MÜQAVİLƏ İMZALANDI, TƏMƏLİ QOYULDU
FED.az xəbər verir ki, bunu "Deloitte Netherlands" şirkətinin strategiya, risk və əməliyyatlar üzrə məsləhət tərəfdaşı İvan Kuxnin "NEQSOL Holding"in COP29 çərçivəsində təşkil etdiyi "Arzudan gerçəkliyə: Bərpa olunan enerjidə regional və qlobal təsir" adlı tədbirdə deyib.
O bildirib ki, enerji keçidi artıq qlobal trend olmaqdan çıxıb və bir çox böyük neft və qaz şirkətləri üçün zəruri bir istiqamətə çevrilib. "Bizim əsas çağırışlarımızdan biri hədəflərin qoyulmasıdır və bu hədəfləri yerinə yetirmək üçün məlumatların toplanması olduqca çətindir. Avropada su istifadəsi və digər ekoloji məsuliyyətlər barədə məcburi hesabatlar yaxın illərdə qüvvəyə minəcək və şirkətlər bu məlumatları dəqiqliklə təqdim etməlidirlər".
İ. Kuxnin, həmçinin enerji layihələrinin maliyyələşdirilməsi ilə bağlı problemlərə toxunub: “Biz, uzunmüddətli investisiyalara tələb olunduğunu müşahidə edirik, məsələn, günəş və külək enerjisi layihələrinə 10 ildən çox vaxt tələb olunur. Bu, maliyyə təşkilatları üçün o qədər də cəlbedici deyil, çünki geri dönüş müddəti uzun olur".
O əlavə edib ki, hökumətlərin tətbiq etdiyi stimullar və tənzimləmələr bu keçidin sürətlənməsinə kömək edəcək: "Əgər hökumətlər düzgün tənzimləmələr və stimullar tətbiq edərsə, həm cəmiyyət, həm də biznes üçün “yaşıl enerji” keçidində dönüş nöqtəsinə çatmaq mümkün olacaq”. (Report)