Yanvarın 22-də “LUKOIL” SOCAR ilə Azərbaycanda 2 dəniz blokuna dair saziş imzalamağı planlaşdırır.
FED.az xəbər verir ki, “Biz bir sıra layihələri müzakirə edirik. Bu, “Naxçıvan” bloku və Abşeronun şimalında keçid zonası adlanan dəniz blokudur. Hər halda geoloqlarımız onları perspektivli hesab edirlər”, - “LUKOIL”un prezidenti Vahid Ələkbərov Davosda jurnalistlərə məlumat verib.
Eləcə də bax: «Lukoyl» Azərbaycanda daha - İKİ YATAQDA İŞLƏYƏCƏK - PREZİDENT RAZILIQ VERDİ
“İndi SOCAR (ARDNŞ -İF) ilə tədqiq edilməyə dair danışıqlar aparacağıq. Yəqin ki, bu gün forum çərçivəsində saziş imzalayacağıq”, - o əlavə edib.
Xəbər verildiyi kimi, dünən Azərbaycan prezidenti İlham Əliyev və Vahid Ələkbərov Davosda “Naxçıvan”, “Qoşadaş” yataqlarının “LUKOIL” şirkəti ilə birgə işlənilməsi məsələsini müzakirə ediblər.
İnterfaks