Mayın 14-də axşam saatlarından başlayaraq Daşkəsən rayonunun Qabaqtəpə, Astaf, Əmirvar, Gurbulaq və Xoşbulaq kəndlərinə qar yağıb.
FED.az xəbər verir ki, qarın qalınlığı kəndlərdə 5-10 santimetr, yüksək dağ ərazilərində 15-30 santimetrə çatıb. Bəzi kəndlərdə vətəndaşların təsərrüfatlarına və fərdi yaşayış evlərinə ziyan dəyib.
Hazırda rayon ərazisində qarın yağması və qeyri-sabit hava şəraiti davam edir.
Qarın yağması elektrikin, suyun, qazın verilişində və rayon mərkəzi ilə kəndlər arasında yollarda hərəkətə müəyyən problemlər yaratsa da, qabaqlayıcı tədbirlər görülür. (Azərtac)