“Darvin bankası” yatağındakı 720 saylı Stasionar Dəniz Özülündə əlavə 4 quyunun qazılması məqsədilə yenidənqurma işləri həyata keçirilib.
FED.az SOCAR-a istinadən xəbər verir ki, “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neftqaztikinti” Tresti tərəfindən 4 quyu şaxtası və istiqamətləndirici boru layihə dərinliyinə vurulmuş, sementləmə işləri yerinə yetirilmiş, quyular üçün yeni monifold bloku yığılmışdır. Qazpaylayıcı qurğu quraşdırılaraq mövcud sistemlə əlaqələndirilmişdir. İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə aparılmışdır.
Qeyd edək ki, əlavə qazılacaq quyuların hər birindən sutkada 5 ton neft hasil ediləcəyi nəzərdə tutulur.
"Darvin bankası"ndaki özüldə yenidənqurma işləri başa çatıb
17:04
12 İyun 2017