Türkiyənin TPAO şirkəti “Şəfəq-Asiman perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi üzrə hasilatın pay bölgüsü haqqında Saziş”ə qoşulub.
FED.az xəbər verir ki, iyunun 3-də “Bakı Enerji Həftəsi” çərçivəsində Türkiyənin TPAO şirkətinin “Xəzər dənizinin Azərbaycan sektorundakı Şəfəq-Asiman perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi üzrə hasilatın pay bölgüsü haqqında Saziş”ə qoşulmasına dair sənədlər imzalanıb.
Kəşfiyyat işləri dövründə bp şirkətinin operator olacağı yeni razılaşmaya əsasən, layihə üzrə bp və SOCAR 35 faiz, TPAO isə 30 faiz paya sahib olacaq.
Qeyd edək ki, 2010-cu ilin oktyabr ayında SOCAR ilə bp arasında “Şəfəq-Asiman perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi üzrə hasilatın pay bölgüsü haqqında Saziş” imzalanıb.