Şamaxı rayonu ərazisində qaz təchizatında problem olan yerlər araşdırılır və şəbəkədə lazımi işlər görülməklə qaz təminatının yaxşılaşdırılması həyata keçirilir.
FED.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, rayonun Çuxuryurd qəsəbəsində massivin son illər sürətlə genişlənməsi qaz təsərrüfatında yenidənqurma işlərinin görülməsini vacib edib.
Bu məqsədlə sözü gedən qəsəbədə istismar müddəti başa çatan, vaxtilə torpaqla təmasda olan qaz xətləri dayaqlar üzərinə qaldırılır, qapı keçidləri quraşdırılır. İşin həcmi böyük olduğundan əraziyə çox sayda maşın-mexanizmlər də cəlb olunub. İşlərin yaxın müddətdə başa çatması nəzərdə tutulur.