2025-ci ilin yanvar-mart aylarında Azərbaycandan ixrac olunan neftin həcmi artsa da, ümumi dəyəri və 1 ton üzrə orta ixrac qiyməti azalıb.
Qaz ixracı 6 milyard dollara yaxınlaşdı – GƏLİR İSƏ 25% ARTDI
Bu barədə FED.az Dövlət Gömrük Komitəsinin məlumatlarına istinadən xəbər verir.
Hesabat dövründə ölkə 6 milyon 11 min ton neft ixrac edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 411 min ton və ya 7,3% çoxdur. Ötən ilin yanvar-mart aylarında isə 5 milyon 600 min ton neft xaricə göndərilmişdi.
Bununla belə, ixracın dəyəri illik müqayisədə 153 milyon dollar azalaraq 3 milyard 336 milyon dollar təşkil edib. 2024-cü ilin ilk rübündə isə neft ixracından əldə olunan gəlir 3 milyard 490 milyon dollar idi. Bu, illik müqayisədə 4,4% azalma deməkdir.
2025-ci ildə ixrac olunan neftin 1 tonunun orta qiyməti 555 dollar olub. 2024-cü ildə isə bu göstərici 623 dollar idi. Beləliklə, 1 ton üzrə orta ixrac qiyməti 68 dollar və ya manatla hesablandıqda 116 manat başqa sözlə 10,9% azalıb.