“Clean Energy Cəbrayıl” MMC və “Baku Steel Company” QSC (BSC) arasında günəş enerjisi təchizatı haqqında anlaşma memorandumu imzalanıb.
Azərbaycanda dənizdə ilk külək stansiyaları inşa olunacaq - YENİ ANLAŞMA
FED.az xəbər verir ki, anlaşma çərçivəsində “Clean Energy Cəbrayıl” MMC mövcud elektrik şəbəkəsi vasitəsilə BSC-ni bərpa olunan enerji ilə təchiz edəcək.
Cəbrayılın Soltanlı kəndində inşa ediləcək layihə 100 MVt gücündə günəş enerji stansiyasının tikintisini ehtiva edir və hər biri 50 MVt olmaqla iki hissədən ibarətdir: Şəms və Üfüq günəş stansiyaları. İstehsal olunan günəş enerjisi yerli sənaye müəssisələrinin enerji ehtiyaclarını qarşılamaq məqsədi daşıyır.
Sözügedən layihə “Clean Energy Invest” MMC-nin “Clean Energy Cəbrayıl” və “Nobel Energy”nin “Enerso” şirkətləri vasitəsilə həyata keçiriləcək.
Bu tərəfdaşlıq hər iki tərəfin Azərbaycanın yaşıl enerjiyə keçid strategiyasını dəstəkləməyə və ölkənin dayanıqlı inkişaf məqsədlərinə töhfə verməyə olan ortaq öhdəliyini nümayiş etdirir.