Xam neftdəki profisit növbəti rübdə defisitə çevriləcək.
Eləcə də bax: Neftin mənfi qiymətindən qazanan - «GİZLİ ŞİRKƏT» MƏLUM OLUB
FED.az xəbər verir ki, bu proqnozla ABŞ-ın üçüncü böyük bankı olan “Citigroup” çıxış edib.
Qeyd edək ki, hazırda neft bazarı istehsalın azaldılması və tələbatın yaxşılaşmağa başlaması fonunda bir ay əvvəlkindən daha yaxşıdır. Neftin qiyməti tələb-təklif tarazlığının yenidən müşahidə olunması nəticəsində bu ay təxminən 70 faiz dəyər qazanıb.
Çinin neft istehlakı yenidən virusdan əvvəlki səviyyə qayıdır, bütün dünyada ictimai nəqliyyat yenidən açılır, ərzaq və digər məhsulların tədarükü artdıqca isə benzinə tələbat bərpa olunur.
Azərtac