2016-cı ilin dekabr ayı ərzində 1 milyon 887 min 729 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.
FED.az SOCAR-a istinadən xəbər verir ki, bu həcmin 1 milyon 374 min 823 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Ötən ilin yanvar-dekabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 28 milyon 640 min 827 ton təşkil edib. 
Ümumiyyətlə, BTC istismara verilən gündən 2017-ci il yanvar ayının 1-ə qədər Ceyhan limanından 319 milyon 834 min 599 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb. 
                                                    
                                                    
                    Ceyhan limanından 1,9 milyon tona yaxın neft dünya bazarlarına çıxarılıb
                            
                            
                        
                            12:20
                            9 Yan 2017
                        
                        

            

                
                
                
                
                
                
                
                
                
                
                
                







