Çexiya Azərbaycandan ildə 2 milyard kubmetrə qədər təbii qaz almağı nəzərdə tutur.
Çexiyanın Baş naziri: Milli enerji operatorumuz Azərbaycandan təbii qaz almaq niyyətindədir
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu ölkənin sənaye və ticarət naziri Karel Havliçek bildirib.
Onun sözlərinə görə, tədarük 2028-2029-cu illərdə başlaya bilər.
"Razılaşma hələ imzalanmayıb, lakin müqavilə artıq razılaşdırılıb və hazırlığın irəliləmiş mərhələsindədir", - deyə nazir qeyd edib.
Bundan əvvəl Çexiyanın Baş naziri Andrey Babiş Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar zamanı Praqanın Azərbaycan qazının alınması üzrə uzunmüddətli müqavilə bağlamağı nəzərdə tutduğunu bildirmişdi.
Hazırda Azərbaycan 42 % payla Çexiyanın ən böyük neft tədarükçüsüdür. (Report)













