İlin birinci rübü ərzində CQBK-nin əməliyyat xərcləri təqribən 18 milyon dollar, əsaslı xərclər isə təxminən 6 milyon dollar olub.
FED.az bu barədə BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin birinci rübünün nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.
Əməliyyat xərcləri il ərzində 0,7 milyon dollar (0,4%), əsaslı xərclər 4,8 milyon dollar (5 dəfə) artıb.
Cəmi xərclər isə 5,5 milyon dollar (29,7%) artaraq 24 milyon dollara yüksəlib.
CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.
Rüb ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 60,8 milyon kubmetr olub. Bu da illik 0,9 milyon kubmetr (1,5%) azdır.