OPEK-ə qeyri üzv olan 14 ölkədən cəmi beşi dekabrın 10-da Vyanada neft hasilatının sutkalıq həcminin azaldılmasını müzakirə etməyə razıdır.
OPEK-ə qeyri üzv olan 14 ölkədən yalnız Rusiya, Azərbaycan, Oman, Qazaxıstan və Meksika danışıqlarda iştirak etməyə razılıq verib.
Digər mənbə agentliyə bildirib ki, OPEK-ə üzv olmayan ölkələr, böyük ehtimalla, sutkalıq hasilat həcmini əvvəlcədən nəzərdə tutulan 600 min barel yox, 500 min barelədək azaltmağa razılaşacaqlar.
Rusiya nümayəndə heyətindəki mənbə “TASS”a OPEK-ə qeyri üzv olan ölkələrin görüşünü təxirə salınacağını istisna etməyib: “OPEK-ə üzv olan ölkələrin özlərinin daxilində neft hasilatının azaldılmasına dair ciddi fikir ayrılıqları mövcuddur”.
Qeyd edək ki, dekabrın 14-də Vyanada OPEK-ə qeyri üzv ölkələrin görüşü nəzərdə tutulub. Görüşə Azərbaycan da daxil olmaqla, 14 ölkə dəvət alıb.
Apa©