Azərbaycan qarşıdakı 10 ildə ölkədə elektrik enerjisinin 30%-ni günəş və küləkdən almağı hədəfləyir.
Eləcə də bax: “Bəzən bir təşkilat daxilində razılığa gələ bilmirlər” - PREZİDENT
FED.az xbər verir ki, fevralın 14-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada iştirak edən Prezident İlham Əliyev Azərbaycanda bərpa olunan enerji layihələri barədə məlumat verib: «Bizim planımız 2030-cu ilə qədər elektrik enerjisinin 30 faizini bərpaolunan enerji hesabına ödəməkdir. Bu ilin yanvarında biz külək və günəş enerjisi ilə işləyən 440 meqavatlıq stansiyaların tikintisi ilə bağlı bərpaolunan enerji üzrə ixtisaslaşmış aparıcı şirkətlərlə iki müqavilə imzalamışıq. Bu işlər tamamilə xarici investisiyalar hesabına görüləcək və bizim bununla bağlı azı əlavə 5 təklifimiz var».
Prezident xatırladıb ki, Azərbaycanda neft-qazla yanaşı, günəş və külək də boldur: «Külək enerjisi stansiyalarından bir neçəsi Xəzər dənizində qurula bilər. Bunun üçün böyük imkan var. Lakin mən tamamilə əminəm ki, biz bunu ehtiyatla etməliyik. Çünki bu 440 meqavatlıq enerji stansiyası bizim sistemimizə dərindən inteqrasiya olunmalıdır ki, küləkli və günəşli hava olmayanda elektrik enerjisinin təchizatında heç bir fasilə yaranmasın və elektrik təchizatı kəsilməsin».