Dünya bazarında neft sürətlə ucuzlaşır.
Eləcə də bax: Dövlət büdcəsində neftin qiyməti 85 dollara qaldırılır - BÜDCƏYƏ DƏYİŞİKLİK
FED.az xəbər verir ki, iyunun 17-də London Birjasında Brent nefti üzrə avqust müqavililirində neftin qiyməti 5,85 dollar və ya 4,88% ucuzlaşaraq 113,96 dollara enib. Nyu-York əmtəə birjasında isə WTI neft üzrə iyul müqavilələrində qiymətlər 6,45 dollar və ya 5,6% ucuzlaşaraq 108,8 dollara düşüb.
Neftin ucuzlaşması Azərbaycan neftinə də təsirini göstərib.
3 gün əvvəl 133,34 dollara satılan Azərbaycan neftinin qiyməti iynuun 15-də 129,41 dollara, iyunun 16-da 125,63 dollara enib, iyunun 17-də isə 121,97 dollar olub. Başqa sözlə, son 3 gündə neft 12 dollar ucuzlaşıb.
Dünya bazarında neft ABŞ-ın Federal Ehtiyatlar Sistemi rəhbəri Cerom Pauell-in bəyanatından sonra ucuzlaşmağa başlayıb. Bir neçə gün əvvəl FED uço tdərəcəsini 0,75 artırıb və qurum rəhbəri bildirib ki, əsas hədəf inflyasiyanın aşağı salınmasıdır. Bu qərar dolların güclənməsinə təsir edir, nəticədə isə neft və qızıl ucuzlaşır.
Yeri gəlmişkən, Azərbaycan hökuməti dövlət büdcəsinə dəyişik etməyə hazırlaşır və bu dəyişiklik çərçivəsində neftin büdcədə nəzərdə tutulan qiyməti indiki 50 dollardan 85 dollara qaldırılacaq.
Dünya bazarında bu dəyişikliklərdən sonra hökumətin bu planını dəyişib-dəyişməyəcəyi hələlik məlum deyil.