“İndiyədək “Gəncə Cihazqayırma Zavodu"ndan 500 minə yaxın qaz sayğacı və 300-ə yaxın ölçü qovşağıalınıb və tətbiq edilib. İstisnalar var, ancaq ciddi bir problem yaşanmayıb”.
FED.az “Qafqazinfo”ya istinadən verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Eldəniz Vəliyev jurnalistlərə açıqlamasında bildirib.
Qurum rəsmisi qeyd edib ki, bu sayğaclar Bakı və Abşeron daxil olmaqla, ölkənin istənilən regionunda tətbiq olunur: “Onlar beynəlxalq standartlara uyğun istehsal edilir. Tələbatın artması nəzərə alınaraq, "Gəncə Cihazqayırma Zavodu"nun istehsal gücünün artırılması gündəmdədir. Bu, eyni zamanda ölkədən xarici valyutanın çıxmasının qarşısını alır. Zavodda xeyli sayda insan çalışır ki, bu da işsizlik probleminin aradan qaldırılmasında prioritet hesab olunur”.