İraqın «Basrah Medium» və «Basrah Heavy» markalı nefti son vaxtlar alıcısız qalıb. FED.az xəbər verir ki, bu barədə «Bloomberg» neft treyderlərinə istinadən məlumat verib.
Asiyadan olan alıcılar son vaxtlar bir barel də olsa «Basrah Medium» nefti almayıblar. Bundan başqa, «Basrah Heavy» nefti üzrə də son vaxtlar bir tender belə keçirilməyib – deyə neft ticarəti edənlər bildirib.
Əvvəllər bu nefti Çin və Hindistandan olan alıxılar əldə edirdi. Amma onlar son vaxtlar Rusiya neftini almağa başlayıblar. Təkcə Hindistan Rusiya neftinin alışını 50 dəfə artırıb. Əvvəllər Hindistanın aldığı bütün neftin 0,2%-i Rusiyanın payına düşündüsə, indi bu rəqəm 11%-ə yaxınlaşıb.
Qeyd edək ki, «Basrah Medium» və «Heavy» sortları İraqın neft ixracının əsasını təşkil edir. Bu ölkədə neft ixracı azaldıqca, bu özünü OPEK təşkilatının göstəricilərində də göstərir. Amma Asiyadan olan alıcılar son vaxtlar Rusiya neftinə üstünlük verirlər, ona görə ki, «Basrah Medium» və «Basrah Heavy» markalı neftin emalı zamanı alınan mazutun keyfiyyəti aşağı olur.