2023-cü ilin yanvar-aprel ayları üzrə operativ məlumatlara əsasən, 4 ay ərzində respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 600,3 mln. kVt·st, yəni 6,5 % artaraq 9 852,1 mln. kVt·st olub.
2023-cü ilin yanvar-aprel ayları üzrə neft-qaz göstəriciləri - AÇIQLANDI
FED.az xəbər verir ki, hesabat dövründə elektrik enerjisinin istehsalı keçən ilin yanvar-aprel aylarına nisbətən İES-lərdə 633,2 mln. kVt·st artaraq 9 266,1 mln. kVt·st, SES-lərdə 30,8 mln. kVt·st azalaraq 462,0 mln. kVt·st, digər mənbələr üzrə isə 2,1 mln. kVt·st azalaraq 124,0 mln. kVt·st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 21,4 mln. kVt·st, günəş elektrik stansiyalarında 19,1 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 83,5 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
4 ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 8 892,8 mln. kVt·st (İES-lərdə 8 459,7 mln. kVt·st, SES-lərdə 433,1 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 128,95 mln. kV·st (İES-lərdə 85,91 mln. kVt·st, SES-lərdə 25,69 mln. kVt·st, Günəş ES-də 17,35 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 16,4 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə 813,95 mln. kVt·st təşkil edib.
2023-cü ilin yanvar-aprel ayları ərzində elektrik enerjisinin idxalı 41,1 mln. kVt·st olmaqla, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,4 mln. kVt·st, ixrac isə 1 244,1 mln. kVt·st olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 725,6 mln. kVt·st artıb.
Qeyd edək ki, 2023-cü ilin aprel ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 48,6 mln. kVt·st və ya 2,4 % artaraq 2095,9 mln. kVt·st olub. Aprel ayında elektrik enerjisinin idxalı 9,6 mln. kVt·st, ixrac isə 9,7 mln. kVt·st təşkil edib.