Sentyabrda SOCAR-ın təbii qaz hasilatı 481,8 milyon kubmetr olub. Keçən ay ölkə üzrə qaz istehsalı isə 2 milyard 311,9 milyon kubmetr təşkil edib.
Bu barədə Fed.az-a SOCAR-dan məlumat verilib.
Bu ilin ilk 9 ayında SOCAR üzrə 4 milyard 706,8 milyon kubmetr, Azərbaycanda ümumilikdə isə 22 milyard 288,8 milyon kubmetr qaz hasil olunub.