Rusiya Federasiyasının Energetika Nazirliyi bu il neftin qiymətinin orta hesabla bir barel üçün 30 ABŞ dollarından bir qədər çox olacağını gözləyir.
Eləcə də bax: 27 dollar, 35 dollar, 45 dollar - NEFTƏ YENİ PROQNOZ
FED.az xəbər verir ki, bu barədə Rusiya Energetika Nazirliyinin neft və qaz hasilatı və nəqli departamentinin direktoru Aleksandr Qladkov bildirib.
"Bu il orta hesabla neftin qiymətinin 30 dollar və bir qədər artıq olacağını gözləyirik. Yəni 15 və ya 20 dollar olmayacaq. Bütün səylərimiz məhz buna yönəlib", - deyə, A. Qladkov qeyd edib.
Apa