2017-ci ilin yanvar-may aylarında Azərbaycanda neft hasilatı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 9,2% azalıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə qaz hasilatının həcmi 2016-cı ilin müvafiq dövründəki səviyyədə qalıb.
2016-cı ildə Azərbaycanda qaz kondensatı da daxil olmaqla, neft hasilatı 41 mln. 29,5 min ton, qaz hasilatı 29 mlrd. 331,3 mln. kubmetr təşkil edib.
Energetika Nazilriyi 2017-ci ildə Azərbaycanda neft hasilatını 40 mln. ton, qaz hasilatını 29 mlrd. 561 mln. kubmetr səviyyəsində proqnozlaşdırır.