Bu ilin yanvar-aprel aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 mlrd 198,8 mln manat təşkil edib.
Eləcə də bax: Azərbaycan yanvar-martda benzin idxalını - Kəskin Artırıb
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatına görə, bu göstərici əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə 14 % azdır.
Hesabat dövründə 365,5 min ton həcmində avtomobil benzini, 776,8 min ton dizel yanacağı, 17,6 min ton sürtkü yağları, 67,6 min ton neft bitumu istehsal edilib.
Belə ki, bu ilin 4 ayı ərzində Azərbaycanda avtomobil benzini istehsalı 10 %, neft bitumunun istehsalı 14,8 % azalıb, dizel yanacağının istehsalı isə 0,6 %, sürtkü yağlarının istehsalı 91,3 % artıb.
Həmçinin, bu ilin ilk 4 ayında ölkədə 137,2 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 148,7 min ton ağ neft, 21,3 min ton yanacaq mazutu, 87,5 min ton neft koksu istehsal edilib.
Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 35 %, neft koksunun istehsalı 13,3 % artıb, ağ neftin istehsalı 20,3 %, yanacaq mazutunun istehsalı 27,1 % azalıb. (Report)