Bu ilin 6 ayı ərzində Azərbaycanda 20,3 mlrd kubmetr qaz hasil edilib.
Eləcə də bax: Azərbaycanda “Aİ-95” markalı benzinin - Qiyməti Qalxdı
FED.az bu barədə Energetika Nazirliyinin bu ilin yanvar-iyun ayları üzrə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.
Məlumata görə, qazın 6,4 mlrd kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan, 10 mlrd kubmetri “Şahdəniz”dən əldə edilib.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə bu dövrdə 3,9 mlrd kubmetr qaz hasil olunub.
Ötən ilin müvafiq dövrünə nisbətən 5,1 %, yəni 990 milyon kubmetr artımla qaz hasil edilib. (Report)