Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Türkiyəyə ümumilikdə 7 milyard 890,4 milyon kubmetr təbii qaz ixrac edilib.
Azərbaycan Serbiyaya illik 400 milyon kubmetrə qədər qaz - TƏDARÜK EDƏCƏK
FED.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.
Məlumata görə, bu, 2022-ci ilin ilk 9 ayı ilə müqayisədə 23,1 % çoxdur.
Bu ilin sentyabr ayında Azərbaycan Türkiyəyə 888,52 milyon kubmetr təbii qaz ixrac edib. Bu, 2022-ci ilin sentyabr ayı ilə müqayisədə 25,06 % çoxdur.
Bununla da sentyabrda Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkə olub. Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 27 %-i Azərbaycanın payına düşüb.
Xatırladaq ki, ötən ilin sentyabr ayında Türkiyə Azərbaycandan 710,48 milyon kubmetr təbii qaz idxal edib.
Ümumilikdə isə sentyabrda Türkiyə ümumilikdə 3 milyard 291,83 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2022-ci ilin eyni ayının göstəricisi ilə müqayisədə 3,22 % azdır.
Sentyabrda Rusiya Türkiyəyə qaz ixracına görə birinci olub. İlin 9-cu ayında Rusiyadan Türkiyəyə 1 milyard 902,17 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2022-ci ilin sentyabr ayı ilə müqayisədə 23,53 % çoxdur.
Sentyabrda üçüncü yerdə Əlcəzair qərarlaşıb. Bu ölkə sentyabrda Türkiyəyə 399,57 milyon kubmetr qaz nəql edib. Bu, 2022-ci ilin sentyabr ayı ilə müqayisədə 34,76 % çoxdur.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb. (Report)