Bu ilin yanvar-sentyabr ayları ərzində magistral qaz kəmərlərindəki itkilər 34,6 milyon kubmetr təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 milyon kubmetr və ya 16,9% çoxdur.
Ötən ilin 9 ayı ərzində itkilər 29,6 milyon kubmetr olmuşdu.










