Cümə günü Asiya bazarlarının erkən saatlarında neft qiymətləri demək olar ki, dəyişməz qalıb.
Azərbaycan nefti ucuzlaşıb - SON QİYMƏT
FED.az xəbər verir ki, bununla belə, neft, cümə axşamı qüvvəyə minən gömrük tariflərinin qlobal iqtisadiyyata təsiri ilə bağlı narahatlıqlar ilə əlaqədar olaraq, iyun ayının sonundan bəri ən kəskin həftəlik ucuzlaşmaya doğru irəliləyir.
Brent xam neftinin fyuçersləri bir barel üçün 3 sent ucuzlaşaraq 66,40 dollara düşüb və həftəlik baxımından 4 faizdən çox dəyər itirib ABŞ xam nefti (WTI) isə 6 sent və ya 0,1 faiz ucuzlaşaraq bir barel üçün 63,82 dollara enib və həftəlik baxımından 5 faizdən çox ucuzlaşmağa yönəlib.
ABŞ-ın bir çox ticarət tərəfdaşlarına qarşı tətbiq etdiyi yüksək gömrük tarifləri cümə axşamı qüvvəyə minib. ANZ Bank-ın analitikləri bu tariflərin iqtisadi fəaliyyətin zəifləyəcəyi ilə bağlı narahatlıqları artırdığını və bunun xam neftə tələbatı mənfi təsir göstərə biləcəyini bildiriblər. (Marja)