"Azəriqaz" İstehsalat Birliyi aprelin 26-dan etibarən qazanxanaların qaz təchizatını dayandırır.
Eləcə də bax: Qaz smart-kartlarına 10 manatlıq hədiyyə ilə bağlı - RƏSMİ AÇIQLAMA
FED.az xəbər verir ki, "Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, bu addım "Azəristiliktəchizat" ASC-dən daxil olan telefonoqram əsasında atılıb:
"Belə ki, bu gün səhər saatlarında adı çəkilən qurumdan daxil olan telefonoqramda payız-qış mövsümünün başa çatması ilə əlaqədar "Azəristiliktəchizat" ASC-nin balansında olan (isti suya işləyəcək qazanxanalardan başqa) bütün qazanxanaların qaz təchizatının dayandırılmasına göstəriş verilməsi xahiş olunub".
Qeyd edək ki, bir neçə gün öncə karantin rejimi dövründə qazanxanaların qaz təchizatının aprelin 30-dək davam etdirilməsi tövsiyə olunmuşdu.