Bu gün Azərbaycanda 240 meqavatlıq “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməli qoyulur.
Eləcə də bax: Ərəblərin Azərbaycana satacağı elektrik enerjisinin qiyməti - Məlum Olub
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə Energetika Nazirliyi bildirir.
Xatırladaq ki, 05 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” Sərəncam imzalayıb. 2020-ci ilin 9 yanvar tarixində isə Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı İcra müqavilələri imzalanıb.