Sentyabrın 25-də Türkiyə ilə Azərbaycanı birləşdirəcək yeni qaz kəmətinin - İğdır-Naxçıvan qaz kəmərinin təməli qoyulacaq.
FED.az biznes və maliyyə xəbğərləri portalı Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərasimdə Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayib Ərdoğan və İlham Əliyev də iştirak edəcəklərö Türkiyə dövlət başçısının bununla əlaqədar olaraq Naxçıvana səfəri nəzərdə tutulub.
Görüşdə Türkiyə və Azərbaycan prezidentləri həmçinin ikitərəfli münasibətləri müzakirə edəcək, aktual regional və qlobal problemlər, xüsusilə Qarabağdakı son hadisələr barədə fikir mübadiləsi aparacaqlar.
“Prezidentimizlə cənab Əliyev arasında baş tutacaq danışıqlarda Türkiyə ilə Azərbaycan arasında münasibətlər müzakirə olunacaq, aktual regional və qlobal problemlər, xüsusilə Qarabağda baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparılacaq. Gözlənilir ki, səfər zamanı prezident İlham Əliyevlə birlikdə İqdır-Naxçıvan qaz kəmərinin çəkilişi mərasimində iştirak edəcək və modernləşdirilmiş Naxçıvan hərbi kompleksinin təntənəli açılışı olacaq”, - deyə Ərdoğanın Naxçıvana işgüzar səfəri ilə bağlı rəsmi məlumatda deyilir.