2017-ci ilin yanvar ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 mln. 412 min 263 ton Azərbaycan nefti nəql olunub.
SOCAR-dan verilən məlumata görə, ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il fevral ayının 1-ə qədər BTC-yə 323 mln. 950 min 325 ton neft vurulub.
Bundan başqa, 2017-ci ilin yanvar ayında BTC kəməri ilə 935 min 880 ton Türkmənistan nefti nəql olunub.