İngiltərə, Uels, Şotlandiyada qaz və elektrik qiymətləri 10 faiz artıb.
Azərbaycanın Yunanınstana satdığı qaz - 3 DƏFƏ UCUZLAŞDI - YENİ QİYMƏT
FED.az xəbər verir ki, qaz və elektrik enerjisi istifadə edən hər bir ev təsərrüfatı indi illik 1717 funt sterlinq ödəyəcək ki, bu da illik 149 funt sterlinq artım deməkdir.
Enerji qiymətlərindəki bu artım ev təsərrüfatları xərclərinin daha da artacağına dair narahatlıqlar fonunda baş verir.
Hökumətin uzun müddətdir davam edən enerji xərclərinə dəstək tədbirlərini geri çəkməsi, xüsusilə qış ayları yaxınlaşarkən, vətəndaşlar arasında enerji ödəmələri ilə bağlı gərginliyi artırır. (Azərtac)