ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin oktyabr müqaviləsinin dəyəri 1,8% azalaraq 1 barelə görə 79,58 ABŞ dolları təşkil edib.
FED.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin sentyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 2% azalaraq 1 barelə görə 76,6 ABŞ dollarına enib.