Brent neftinin qiyməti bahalaşaraq 75 dolları keçib.
“FED.az” xarici KİV-ə istinadən xəbər verir ki, 2019-cu ilin iyununda çatdırılma ilə Brent markalı neftin fyuçers dəyəri London birjasındakı ticarət gedişatında bir barel üçün 75,01 dollara kimi artıb.
Eləcə də bax: Azərbaycan nefti bahalaşıb
Qeyd edək ki, sonuncu dəfə 31 oktyabr 2018-ci il tarixində Brent neftinin qiyməti 75 dollardan yuxarı olub.