ABŞ və İran arasındakı razılaşma gözləntiləri fonunda, dünya bazarında neft sürətlə ucuzlaşır.
FED,az xəbər verir ki, "ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarında “Brent” neftinin ixracına dair 2026-cı ilin oktyabr müqaviləsində qiymət daha 0,78% azalaraq 1 barelə görə 78,74 dollar olub.
Nyu-Yorkun "NYMEX" əmtəə birjasında isə 2026-cı ilin sentyabr ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 0,94% azalaraq 75,06 ABŞ dollarına bərabər olub.












