Dünya bazarında neftin sürətli ucuzlaşmamı davam edir.
FED.az xəbər verir ki, bu gün birjalarda Brent markalı neft yenidən ucuzlaşaraq 50 dollara düşüb. Bakı vaxtı ilə saat 11-55-də Brent neftinin bir bareli 50,78 dollar olub.
Bu gün neft 1,4 dollar və ya 2,68% ucuzlaşıb.
WTI neftinin qiyməti isə 1,37 dollar və ya 2,91% azalaraq 45,72 dollar olub.