"Brent" markalı neftin qiyməti artmağa davam edir. Qiymət artımı 10%-dən çox olub.
FED.az xəbər verir ki, Bakı vaxtı ilə saat 11:15-də "Brent" markalı neftin bir bareli üçün iyun fyuçerslərinin qiyməti 10,91% artaraq 27,44 ABŞ dolları təşkil edib.
WTI markalı neftin may fyuçerslərinin qiyməti isə 9,31% artaraq 22,2 dollara çatıb.